Zelenski: Ukrayna və ABŞ yenə Mayamidə danışıqlar aparacaq

Zelenski: Ukrayna və ABŞ yenə Mayamidə danışıqlar aparacaq
DÜNYA
21:41 16.12.2025
118
Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenə Mayamidə keçiriləcək.

AZXEBER.COM "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxof ilə birgə mətbuat konfransında bildirib.

Zelenski danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

"ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Məncə, yaxın günlərdə – ola bilsin, həftəsonu, ola bilsin, bir az sonra", – deyə Zelenski qeyd edib.

O dəqiqləşdirib ki, danışıqlarda təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR