Zelenskidən Rusiyanı hiddətləndirən mesaj: "Onlar anlamalıdırlar ki..."

Zelenskidən Rusiyanı hiddətləndirən mesaj: "Onlar anlamalıdırlar ki..."
DÜNYA
11:13 28.12.2023
176
"Ukraynada son bir ildə silah istehsalı 3 dəfə artıb".

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından verdiyi açıqlamada deyib.
 
Zelenski açıqlamasında deyib:
 
"Biz güclü olmalıyıq. Son bir ildə silah istehsalını üç dəfə artırdıq. Rusiya anlamalıdır ki, onun hər bir hücumuna cavab gecikməyəcək. Bizə qələbə lazımdır. Ukrayna daha güclü olmalıdır”.

Hazırda Ukraynanın müdafiə sektorunda 300 min adamın çalışdığını deyən Zelenski hər 5 müdafiə şirkətindən 4-nün özəl olduğuna diqqət çəkib.

Zelenski dünyanın ən böyük xarici silah istehsalçıları ilə birgə istehsalın da mümkün olduğunu bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR