'Zəng edib soruşurdular ki, Qədir hələ ölməyib?' - VİDEO
MAQAZİN
11:21 07.05.2013
2154
Müğənni Qədir Məmmədov haqqında yayılan şayiələrə üsyan edib.“ATV” telekanalında yayımlanan “Gün keçir” verilişində qonaq olan sənətçi canlı yayımda göz yaşlarını saxlaya bilməyib. “Xəstə olduğum üçün 2 ay sənətdən uzaq qaldım. Haqqımda o qədər şayiələr yayıldı ki... Zəng edib soruşurdular ki, Qədir hələ ölməyib? Bütün bunları mənim oxumağımı istəməyənlər edir. Mən artıq qayıtmışam. Səsim yerindədir, səhhətim də yaxşıdır. Efirdə görsənməyəndə, həmişə belə şayiələr yayılır”.Qeyd edək ki, Qədir Məmmədov bir müddət əvvəl mədəsindən əziyyət çəkdiyi üçün sənətdən müvvəqqəti uzaqlaşmışdı. //axsam.az