23:32 Cümə Axşamı, 18 Iyul 2019
Maqazin

Zərrinin bir günlük əri dələduz çıxdı

16:54, 17.06.20195869
Zərrinin bir günlük əri dələduz çıxdı
Ötən gün 34 yaşlı Murad Akınca ilə ailə quran 61 yaşlı müğənni Zərrin Özerin əri haqqında inanılmaz iddialar ortaya atılıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Kanal D-də yayımlanan "2-ci Sayfa" verilişinə zəng edən Seda adlı qadın Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu məinmsədiyini bildirib:

"Mahmud Atalay adından istifadə edir. Anası ilə birlikdə dələduzluq edir. Saxta şəxsiyyət vəsiqəsindən istifadə etdiyindən pullar anasının hesabına köçür. Özünü fitness ustası kimi təqdim edir. 1 il 5 ay münasibətdə olduq. Sonra məndən borc istəməyə başladı. Sonra müxtəlif bəhanələrlə məndən 30 min dollar pul aldı.Bir oğlum var məni onu öldürməklə hədələdi.Zərrin Özerlə toy fotolarını görüb çox sevindim. Çünki 2016-cı ildən onu axtarıram".

Nalan və Esra adlı qadınlar da Muraddan polisə şikayət ərizəsi verib.

Zərrin Özerin yaxın dostu verilişin aparıcılarına mesaj yazaraq "Bu adam haqqında mən də çox şey eşitdim. İşlərimin çoxluğundan Zərrini xəbərdar edə bilmədim. Amma indi nə lazımdırsa, edəcəm".
XƏBƏR LENTİ