Showlife.Az-ın xəbərinə görə, Üzeyir Mehdizadə artıq "Xattab Organization" booking şirkəti ilə çalışmağa başlayıb. Şirkət sənətçinin imici, mahnıları, səhnəsi, tədbirlərdə iştirakını təmin edəcək. Bundan sonra artıq profesional şəkildə sənətçimizin tədbir və konsert proqramlarında iştirakı "Xattab Organization" tərəfindən tənzimlənəcək.
Bu barədə açıqlama verən tanınmış təşkilatçı Samir Xəttab qeyd etdi ki, artıq müğənninin komandasında xaricdən gəlmiş şəxslər işləyəcək. "Komandada Türkiyədən olan tanınmış sənətçilərlə işləyən səs rejissoru və tanınmış türkiyəli dj olacaq. İrəlidə çox böyük proektləri sizə təqdim edəcəyik. Bundan sonra istənilən tədbirdə müğənninin iştirakını bizim şirkətdən almaq olar".
Onu da qeyd edək ki, Üzeyir Mehdizadənin artıq tədbir və konsertlərdə texniki və məişət rayder tələbi olacaq.