Üzgüçülük üzrə qış Azərbaycan çempionatı başladı

İDMAN
13:12 06.03.2012
2544
5 mart 2012-ci il tarixindən başlayaraq Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə qış Azərbaycan çempionatına start verilib.Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, çempionatda Bakı, Sumqayıt, Gəncə, Göyçay şəhər və rayonlarının, o cümlədən Təhsil Respublika idman mərkəzinin, Dövlət bədən tərbiyyəsi və İdman akademiyasının, Neftçi İSM-nin, Sərhədçi Olimpiya İdman kompleksinin, Ordu İdman Klubunun, Xətai uşaq gənclər idman məktəbinin komandaları da iştirak edirlər. 

Yarışlar hər gün saat 10.00- dan başlayır. Yarışın bağlanış və mükafatlandırma mərasimi 07 mart saat 12-00 da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR