05:11 çərşənbə, 19 Sentyabr 2018
İDMAN

Zidan: "Neymarın yoxluğu heç nəyi dəyişdirməyəcək"

11:15, 06.03.20181304
Zidan:
"Komandalardan biri meydanı pis emosiyalarla tərk edəcək. Amma futbolda belə şeylər olur. Mən ancaq gözəl oyun istəyirəm. Anlayırıq ki, çətin görüş olacaq. Bu çətinliyin öhdəsindən gəlməyi düşünürük. Gözlənilməzlərə hazır olmaq və matça köklənmək lazımdır. 90 dəqiqə yaxşı oynamalıyıq. Bəlkə daha uzun oyun olacaq".

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçı öncəsi deyib.

O, Paris klubunun aparıcı futbolçusu Neymarın oynamamağının heç nəyi dəyişdirməyəcəyini bildirib: "Onun əvəzinə meydana başqa oyunçu çıxacaq. O da öz gücünü göstərməyə çalışacaq. Neymarın yoxluğun hazırlıq planımızda hansısa dəyişikliyə səbəb olmayacaq.

Qeyd edək ki, PSJ - "Real" görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.
XƏBƏR LENTİ