06:41 şənbə, 18 Avqust 2018
İDMAN

Zidanın “Real”dakı potensial varisi məlum oldu

23:16, 31.05.20184668
Zidanın “Real”dakı potensial varisi məlum oldu
Zinəddin Zidanın istefasından sonra "Real”da boş qalan posta Londonun "Totenhem” klubunun baş məşqçisi Maurisio Poçettino  əsas namizəddir.

Bu haqda "Marca” məlumat yayıb.

Argentinalı mütəxəssislə ingilis klubu arasında bağlanmış müqavilə 2023-cü ildə bitir. Son mövsümdə "mahmızlar” İngiltərə premyer liqasında üçüncü yeri tutub.

"AS” nəşri isə kral klubunun yeni baş məşqçisi postuna namizədlərin siyahısını genişləndirib. İnformasiyaya görə namizədlər arasında Almaniyadan Yoahim Lev,  "Liverpul”un çalışdırıcısı Yurqen Klop,  London "Arsenal”nın keçmiş baş məşqçisi Arsen Venqer və klubun keçmiş futbolçusu Quti var.

Xatırladaq ki, mayın 31-də Zidan "Real” klubundan getdiyi elan edib. Mətbuat konfransında "Zizu” komandanın qələbələr seriyasını davam etdirməsi üçün klubda dəyişikliklərə ehtiyac olunduğunu vurğulayıb. Zidanın başçılığı altında "Real” ard-arda üç dəfə Çempionlar Liqasının qalibi olub.

Komandanın portuqaliyalı forvardı Kriştianu Ronaldu "Instagram” səhifəsində Zidanın gedişinə heyfsləndiyini bildirib.

"Sənin oyunçun olduğumla sadəcə qürur duyuram. Çox sağol!”, -deyə yazıb.
 
///Oxu.Az
XƏBƏR LENTİ