"Zirə" Türkiyə klubunu məğlub etdi

"Zirə" Türkiyə klubunu məğlub etdi
İDMAN
20:57 09.07.2025
205
Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Zirə” növbəti yoxlama matçını keçirib.

"Report” xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batie vurublar.

Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda "Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.
OXŞAR XƏBƏRLƏR