AZXEBER.COM-un məlumatına görə, yarışmanın qalibi xalq artisti Mübariz Tağıyevin tələbəsi Emiliya Yaqubova olub.
Emiliyanın qələbəsi sosial şəbəkələrdə də böyük sevinclə qarşılanıb.
Maraqlıdır ki, Emiliyaya ən böyük dəstək xalq artisti Zülfiyyə Xanbabayevanın tanışları və fanatlarından gəlib. Belə ki, son zamanlar Emiliya Yaqubovanın xalq artistinin prodüseri Nigar Hacızadə ilə bərabər bəzi məkanlara qatılması, müğənninin favoritinin məhz Emiliya olmasına işarə olub.
Məhz bu səbəbdən də Zülfiyyə Xanbabayevanın fanatları yarışma boyu gənc ifaçıya SMS istəyiblər. Nəticə Yaqubova 90 mindən çox səs yığıb və yarışmanın birincisi olub.