“Özümü gözəl hesab etmirəm” - Nura

“Özümü gözəl hesab etmirəm” - Nura
MAQAZİN
18:44 23.01.2026
307
"Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram. Əslində sevilməkdən də qorxuram”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri sosial media hesablarında müğənni Nura Suri yazıb. O, fikirlərinə bunları da əlavə edib:

"Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm.

Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil. Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm hələ albom kimi çıxaracam, yoxsa single olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri.  İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram”.
OXŞAR XƏBƏRLƏR