Göygöldə külək hasarı avtomobilin üzərinə aşırdı – FOTO

Göygöldə külək hasarı avtomobilin üzərinə aşırdı – FOTO
SOSİAL
13:10 25.03.2018
9019

Göygöl rayonunda əsən güclü küləyin aşırdığı daş hasar avtomobilin üzərinə düşüb.

Azxeber.con Report-a istinadla xəbər verir ki, gecə saatlarında rayon ərazisində əsən güclü külək nəticəsində mişar daşından hörülmüş hasar Göygöy rayon sakini, Abbasov Araz Çingiz oğluna məxsus olan avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobillə ciddi ziyan dəyib. Hadisə zamanı sürücü avtomobildə olmadığından o xəsarət almayıb.

Hazırda rayon ərazisində küləkli hava şəraiti nisbətən azalsada hələ də davam edir.

 

 

 


 

OXŞAR XƏBƏRLƏR