19:18 şənbə, 21 Sentyabr 2019
Maqazin

Aygün Kazımova canlı efirdə yıxıldı

11:40, 25.01.20135873
Aygün Kazımova canlı efirdə yıxıldı

Bu səhər diva Xəzər Televiziyasında “Bizim gün” verilişində qonaq olub. 

Təqdimatdan sonra efirin səhnəsinə çəxarkən ayağı ilişən xalq artıstı müqavimətini saxlaya bilmədiyindən, yerə yıxıldı. Efirə bunun çox az hissəsi getdi. Əhvalnın pozmayan Aygün xanım mahnısını tamaçaşı alqışlarının müşayiəti ilə oxudu. Verilişin irəliləyən dəqiqələrində o, silsilə plastik əməliyyatlar keçirdiyindən danışdı. Bildirdi ki, neçə il əvvələ kimi dodaqları onun lazımı əməliyyat keçirməsinə mane olurdu. Amma respublikaya gələn türk cərrahlarından biri Aygün xanımın bu qorxusunu dəf edə bilib. Əməliyyatın yeri tam sağalmadığından xalq artisti danışığında cüzi çətinlik çəkdiyini bildirsə də, bu, özünü qabarıq şəkildə göstərmirdi.

Canlı telefon bağlantısına qoşulan müğənni Elnuru yanvarın 26-da keçiriləcək doğum gününə dəvət edən divanın, yeni yaşını təmtəraqla qeyd edcəyi bəlli oldu. /publika.az/

XƏBƏR LENTİ