01:01 şənbə, 29 Fevral 2020
DÜNYA

22 yaşlı gənc qripdən öldü

12:52, 23.01.20203952
22 yaşlı gənc qripdən öldü

Gürcüstanın Zuqdidi şəhərində gənc qadın qrip virusundan ölüb.

"Report”un yerli bürosu xəbər verir ki, Abxaziyadan məcburi köçkün olan 22 yaşlı pasiyent yanvarın 19-da xəstəxanaya yerləşdirilib.

Daha sonra o, Kutaisi xəstəxanasına çatdırılıb. Gənc qadın ötən gün Tbilisi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 8-də Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın da qripdən ölüb.

Hazırda qonşu ölkədə 100 min nəfər əhali arasında 216 qrip virusuna yoluxma halı qeydə alınıb. 

XƏBƏR LENTİ