03:32 Bazar Ertəsi, 22 Oktyabr 2018
ÖZƏL

36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda pedofilin ŞOK CİNAYƏTİ

18:41, 07.08.20188676
36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda pedofilin ŞOK CİNAYƏTİ

Bakıda pedofil həbs edildi.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.

Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elbrus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faktla bağlı araşdırma aparılır.

 
Sputnik Azərbaycan
XƏBƏR LENTİ