03:04 çərşənbə Axşamı, 17 Sentyabr 2019
DÜNYA

6 homoseksualı öldürən kişi edam edildi - Hamısının boğazına öz imzasını çəkib

11:29, 23.08.20194534
6 homoseksualı öldürən kişi edam edildi - Hamısının boğazına öz imzasını çəkib
ABŞ-da daha bir cinayətkar edam edilib.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatındakı həbsxanada saxlanılan 57 yaşlı Gary Ray Bowles ölümcül inyeksiya ilə edam olunub.

1 nəfərin ölümünə görə həbs olunan Gary Ray Bowles sonradan 6 nəfəri öldürdüyünü etiraf edib. O, ABŞ-ın 3 ştatında ( Florida, Merilend və Corciya ) 8 ay ərzində silsilə qətllər törədib.

Onun öldürdüyü 6 nəfərin hamısı homoseksual olub. Gary bu cinayətləri qəsdən törədib, öldürdüyü şəxslərin boğazına öz imzasını çəkib və onların ağzına tualet kağızı, dəsmal və ya seks oyuncağı salıb.

Fox 35 yazır ki, o, axşam saat 10:58-də edam olunub. Gary edam olunmazdan əvvəl fri, çizburqer və donuz əti yeyib.

Qeyd edək ki, Gary 1979-cu ildən bu vaxta qədər Floridada edam edilən 99-cu məhkumdur.
XƏBƏR LENTİ