BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Almaniyada azərbaycanlı şikayət etdi, erməni avtobusdan düşürüldü

Almaniyada azərbaycanlı şikayət etdi, erməni avtobusdan düşürüldü
SOSİAL
10:01 07.01.2020
4175
Almaniya polisi erməni terrorçu Monte Melkolyanın şəkli olan köynəyi geyinən şəxsi avtobusdan düşürüb.

AZXEBER.COM-un Report-a istinadən məlumatına görə, buna səbəb onunla bir avtobusda səyahət edən 34 yaşlı Azərbaycan vətəndaşının polisə şikayət etməsi olub.

Belə ki, Almaniyanın Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusa minən 25 yaşlı erməni Azərbaycan vətəndaşının telefonla danışığını eşidəndən sonra erməni terrorçu, Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlı mülki əhalini amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkli olan köynəyi geyinib.

Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. Həmvətənimiz erməniyə Almaniyada terror təşkilatı və terrorçuların təbliğatının qanunla qadağan olunduğunu deyən zaman, sonuncu onu ağır ifadələrlə təhqir edib.

Yaranan mübahisəyə polis qarışmalı olub. Ermənistan vətəndaşı avtobusdan düşürülərək polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb, köynəyi dəyişdirilib və ilk dəfə üçün şifahi xəbərdarlıq edilib.

Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:25 29.03.2020

İtaliyada bir gündə 700-dən çox şəxs koronavirusdan öldü

22:17 29.03.2020

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - Rəsmi

21:52 29.03.2020

Vətəndaşlara ediləcək yardımla bağlı - Nazirlikdən açıqlama

21:28 29.03.2020

Üç sərnişin avtobusunun hərəkət sxemi dəyişdirildi

20:38 29.03.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı

20:21 29.03.2020

“Bu müharibədə sevdiklərimizi özümüz öldürürük”

20:12 29.03.2020

“Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərdi

17:50 29.03.2020

Sürücülərin nəzərinə!

17:25 29.03.2020

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

16:53 29.03.2020

Generallar Prezidentin tapşırığı ilə karantin əra­zisinə yollandı - Fotolar

15:44 29.03.2020

İstanbul əhalisinə müraciət olundu: 48 saat evinizi tərk etməyin!

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi