Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir? - FOTO

SOSİAL
14:12 17.11.2020
3027
Son günlər Azərbaycan hərbçisinin sosial şəbəkə səhifələrində yayılan fotosu izləyicilərin marağına səbəb olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan Ordusunda xidmət edir.

Daha çox "Paşa” ləqəbi ilə tanınan A.Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib. Paşa həqiqi hərbi xidmətini başa vurduqdan sonra idmanla məşğul olmağa davam edib. Yüksək fiziki göstəricilərə malik Paşa bir neçə il mühafizəçi vəzifəsində çalışıb.

Sonradan fəaliyyətini yenidən hərbi xidmətdə davam etdirmək niyyətinə düşüb. Buna görə də o, bir neçə il bundan əvvəl müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) Azərbaycan Ordusunun sıralarına yazılıb. Paşa hərbçilər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışmada ikinci yerə layiq görülüb.

Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir. O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir.

Ailəlidir, 3 yaşlı övladı var.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO

13:41 24.11.2020

Erməni əsirliyində olan Bayramın anası müraciət etdi - VİDEO