"Qarabağ" Kabo-Verde millisinin hücumçusunu transfer etmək istəyir? - AÇIQLAMA
"Qarabağ" Rusiyanın "Akron" klubunun hücumçusu Gilson Benşimolu heyətinə qatmaq istəyir.
Bu barədə Rusiyanın "Zona Russia" nəşri məlumat yayıb.
Məlumata görə, Ağdam təmsilçisi 24 yaşlı futbolçunu yaxından izləyir və onu yay transfer dönəmi üçün əsas namizədlərdən biri hesab edir.
Bildirilir ki, Kabo-Verde millisinin də formasını geyinən hücumçu "Qarabağ"ın transfer siyahısına daxil edilib...