"Çelsi" "Barselona"nın yarımmüdafiəçisini transfer etmək istəyir

"Çelsi" "Barselona"nın yarımmüdafiəçisini transfer etmək istəyir
İDMAN
06:58 15.10.2026
124
İngiltərənin "Çelsi" klubu "Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə qatmaq niyyətindədir.

Bu barədə "Football Insider" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisini 29 yaşlı futbolçunu yanvar transfer pəncərəsində buraxmağa razı salmaq üçün "Çelsi" ən azı 50 milyon funt-sterlinq xərcləməli olacaq. London klubu yayda "Mançester Siti"yə keçən Argentina millisinin üzvü Enso Fernandesin yerini doldurmaq üçün de Yonqu əsas namizəd kimi görür.

Qeyd edək ki, hazırda zədəli olan niderlandlı yarımmüdafiəçi tezliklə yaşıl meydanlara qayıtmağa hazırlaşır. Lakin onun sıraya dönməsi keçidi çətinləşdirə bilər, çünki "Barselona" rəhbərliyi və məşqçilər korpusu futbolçunun komandaya kömək edəcəyini səbirsizliklə gözləyir.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR