ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
İDMAN
07:28 16.10.2026
156
"Liverpul”un hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunun ən yaxşı futbolçusu seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

O, azarkeşlər arasında keçirilən səsvermədə Harri Keyn ("Bavariya”), Lamin Yamal ("Barselona”) və Nikolo Tresoldini ("Brügge”) qabaqlayıb.

Qeyd edək ki, fransalı futbolçu Avstriyada LASK-la keçirilən görüşdə het-trik edib. "Liverpul” həmin qarşılaşmada 6:3 hesablı qələbə qazanıb.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR