"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib

"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İDMAN
21:24 15.10.2026
140
"Sabah" klubunun və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Rəmzi yığmada müdafiəçilər Fredrik Şevold ("Budyo-Qlimt"), Yeff Şabo ("Ştutqart"), Henrik Falkhener ("Vikinq") və Maksimiliano Arauxo ("Sportinq") yer alıblar.

Yarımmüdafiəçilər arasında Vitinya (PSJ) və Joan Manzambi ("Aston Villa"), hücumçulardan isə Lamin Yamal ("Barselona"), Bredli Barkola ("Liverpul"), Harri Keyn ("Bavariya") və Nikolo Trezoldi ("Brügge") rəmzi heyətə daxil edilib.

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II turunda doğma meydanda Çexiyanın "Slaviya" klubunu 2:0 hesabı ilə məğlub edib.
 
///report///

OXŞAR XƏBƏRLƏR