"Mançester Yunayted"in yeni baş məşqçisi olacaq

"Mançester Yunayted"in yeni baş məşqçisi olacaq
İDMAN
00:36 15.10.2026
119
​İngiltərə nəhəngi "Manchester United"də baş məşqçi postunda dəyişiklik edə bilər.

Ötən gün "Atletiko Madrid"ə qarşı keçirilən matçdakı məğlubiyyətdən sonra komandanın sükanı arxasındakı Maykl Kerrik ilə yolların ayrıla biləcəyi və İtaliyanın tanınmış mütəxəssisi Antonio Kontenin əsas namizəd olduğu irəli sürülür.

Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı alınan məğlubiyyətdən sonra klub rəhbərliyinin komandadaki gedişatdan narazı olduğu və Maykl Kerriklə bağlı tezliklə qərar verəcəyi gözlənilir.

Təcrübəli mütəxəssis Antonio Konte karyerasını yenidən İngiltərə Premer Liqasında davam etdirməyə və "Qırmızı şeytanlar"ı çalışdırmağa açıqdır.

"Mançester Yunayted" rəhbərliyi komandanı böhrandan çıxarmaq və daxili çempionatda iddialı mövqeyə qaytarmaq üçün Konte təcrübəsinə güvənmək niyyətindədir.
 
///offsideplus.az///
OXŞAR XƏBƏRLƏR