BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu

Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
DÜNYA
22:45 26.01.2020
4733
Rusiya Federasiyasının Talits şəhər sakini yeni dünyaya gəlmiş övladını paltaryuyan maşında "yuyub”. Bu barədə "E1” nəşri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə çoxuşaqlı ailədə baş verib. Gecə vaxtı ər və üç uşaq yatdığı zaman qadının vaxtından əvvəl doğuş sancıları başlayıb. Dünyaya gətirdiyi uşağı paltaryuyan maşına atıb, işə salan qadın daha sonra iddia edib ki, övladı dünyaya ölü gəlib.

Qonşuların sözlərinə görə, mənzilə polisləri qadının həyat yoldaşı çağırıb. O, səhər durub uşaqları məktəbə və bağçaya aparmaq istədiyi vaxt həyat yoldaşını qan içində görüb.

Faktla bağlı araşdırma davam edir. Hələlik qadının bu hərəkəti hansı məqsədlə etdiyi barədə heç bir məlumat verilmir.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR