21:21 çərşənbə Axşamı, 15 Oktyabr 2019
Maqazin

Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı - VİDEO

11:50, 12.02.20194365
Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı - VİDEO
ARB TV-nin "Show news” proqramının növbəti müsahibi mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika olub.
 
AZXEBER.COM-un məlumatına görə, o, uşaqlarının ataları üçün darıxdığını bildirib:

"Anarı yuxumda gördüm. Dedi, tərpənə bilmirəm. Üzü həm görünürdü, həm görünmürdü, qarışıq yuxu idi. Fikirləşdim, bəlkə paltarları qalıb ona görə ruhu narahatdır. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. 

Anarın oğlunu ləkələmək istəyənlər bilsin ki, vaxt gələcək Anarın ətrafında fırlandıqları kimi Tamerlanın da ətrafına fırlanacaqlar. Qızım dedi ki, atam üçün darıxmışam. Dedim gedərik qəbri üstə, dedi, daşı yox, atamı görmək istəyirəm. Bizdən uzaq olsa belə bilirdim ki, ataları var”.
Reperin oğlu Tamerlan isə atasının arzularını gerçəkləşdirəcəyini bildirib:

"Atamın mahnılarını ifa etmək istəyənlər məndən icazə almalıdırlar. Çünki mən atamın yeganə oğluyam. Atamın arzularını gerçəkləşdirəcəm. Polis olmaq istəyirdim, atam məni hər zaman dəstəkləyirdi”.
 

XƏBƏR LENTİ