“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırdı - FOTOLAR

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırdı - FOTOLAR
İQTİSADİYYAT
12:31 09.07.2025
822
"Azərsun Holdinq” Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibəti ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin yaz semestrinin imtahan sessiyasında ən yüksək bal toplayan tələbələrinə təqaüd ayırıb.

AZXEBER.COM xəbər verir ki, bu münasibətlə fakültədə təşkil edilən görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev milli mətbuatın 150 illik yubileyi ərəfəsində belə bir addımın atılmasının sevindirici hal olduğunu qeyd edib. O bildirib ki, BDU-nun fəaliyyətində universitet-sənaye işbirliyi əsas tendensiyalardan hesab olunur. BDU-da son illərdə bu istiqamətdə müxtəlif qurumlarla ortaq layihələr həyata keçirilib: "Sevindirici haldır ki, Jurnalistika fakültəsində də bu ənənənin əsası qoyuldu. "Azərsun Holdinq” ölkənin ən iri şirkətlərindən biridir. Bu təqaüdlər tələbələr üçün böyük motivasiya olacaq, onların peşəkar mütəxəssis kimi formalaşmasına dəstək verəcək”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələr üçün yaradılan bu şəraitə görə Universitetin və "Azərsun Holdinq”in rəhbərliyinə təşəkkür edib, bunun gənc jurnalistlərin yetişməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: "İnanırıq ki, digər şirkətlər də belə layihələr həyata keçirəcəklər. Gələcəkdə çox maraqlı, gənclərimizin inkişafı üçün səmərəli ola biləcək təqaüd proqramları elan edə biləcəyik”.

"Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov isə holdinqin bu il mətbuatla bağlı silsilə layihələr həyat keçirdiyini söyləyib: "Bu layihələr çərçivəsində əsas tərəfdaşlarımızdan biri də BDU-nun Jurnalistika fakültəsidir. Şirkətlər qrupu növbəti tədris ili ərzində ən yaxşı nəticə göstərən 6 tələbəyə dəstək göstərəcək”.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli və "Azərsun Holdinq”in müşaviri Oruc İbrahimov çıxışlarında tələbələri təbrik edib, tövsiyələrini paylaşıblar.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb