8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər.
AZXEBER.COM xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələri qoyaraq Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Zəfər Gününün tarixi əhəmiyyəti bir daha vurğulanaraq şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı ehtiramla anılıb.























































