Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İQTİSADİYYAT
15:54 06.11.2026
36
Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır” təşəbbüsünü davam etdirir.
 
Təşəbbüs çərçivəsində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.

Görüşdə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və şirkətin digər nümayəndələri iştirak ediblər.

Müzakirələrdə texnologiya sektorunun inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də tələbələrin gələcək karyera perspektivləri diqqət mərkəzində olub. Gənc qadınların İKT sahəsində daha geniş iştirakının sektorun innovasiya potensialının güclənməsinə və ölkənin rəqəmsal inkişafına töhfəsi vurğulanıb.

Tələbələrin xüsusi maraq göstərdiyi süni intellekt və kibertəhlükəsizlik sahələrində Azercell-in fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, süni intellekt Azercell-in rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu texnologiyanın müştəri təcrübəsinin yaxşılaşdırılması, şəbəkənin daha səmərəli idarə olunması, kibertəhlükəsizliyin gücləndirilməsi və daxili proseslərin optimallaşdırılması üzrə tətbiqini genişləndirir. Kibertəhlükəsizlik sahəsində də öncül mövqeyini gücləndirən Azercell ölkədə ilk Telekom CERT komandasını yaradıb. Komanda kibertəhdidlərin aşkarlanması və insidentlərə operativ reaksiya imkanlarını inkişaf etdirərək rəqəmsal infrastrukturun təhlükəsizliyinə və dayanıqlığına töhfə verir.

Eyni zamanda, qızlara şirkətdə təcrübə və təqaüd proqramları, həmçinin peşəkar inkişaf imkanları barədə məlumat verilib. 

Yeni nəsil texnologiya mütəxəssislərinin yetişdirilməsi və rəqəmsal savadlılığın təşviqi Azercell-in sosial strategiyasının prioritet istiqamətlərindəndir. Şirkət "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təhsilə, gənclərin inkişafına və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı dəstəkləyir.

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR
15:56 06.11.2026
Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
15:54 06.11.2026
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ
15:38 06.11.2026
Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
15:23 06.11.2026
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
15:20 06.11.2026
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
15:17 06.11.2026
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
15:16 06.11.2026
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
15:04 06.11.2026
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
15:03 06.11.2026
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
14:47 06.11.2026
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
14:39 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR
14:36 06.11.2026
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR
Sürücülərə yeni cərimə tətbiqi: Vətəndaşlar nə düşünür? – VİDEOSORĞU
14:20 06.11.2026
Sürücülərə yeni cərimə tətbiqi: Vətəndaşlar nə düşünür? – VİDEOSORĞU
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü
14:18 06.11.2026
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA
14:12 06.11.2026
Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
14:08 06.11.2026
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı