Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...

Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
SOSİAL
15:03 06.11.2026
220
Bu gün sosial şəbəkələr dövlət qurumlarının əhali ilə əlaqə saxlaması və görülən işlər barədə ictimaiyyətə məlumat verməsi üçün əsas vasitələrdən birinə çevrilib.

Yerli icra hakimiyyəti orqanları da bu platformalar vasitəsilə həyata keçirilən tədbirlər, görülən işlər və yeniliklər barədə məlumat paylaşırlar.

Maraqlıdır, Bakı şəhərinin rayon icra hakimiyyətləri sosial şəbəkələrdən nə dərəcədə aktiv istifadə edir? Onların "Instagram" və "Facebook" hesablarında neçə izləyicisi var və son paylaşımlarını nə zaman ediblər?

AZXEBER.COM məsələni araşdırıb.

Araşdırma zamanı məlum olub ki, Bakı rayonlarının icra hakimiyyətləri arasında sosial şəbəkələrdə həm aktiv, həm də passiv olan qurumlar var.

Binəqədi Rayon İcra Hakimiyyətinin "Instagram" hesabını 1 523 nəfər izləyir. Qurum son paylaşımını bu gün (5 noyabr) edib. Facebook səhifəsinin isə 19 min izləyicisi var və son paylaşım dünən yayımlanıb.

Xətai Rayon İcra Hakimiyyətinin "Instagram" hesabında 345 izləyici var. Qurum sonuncu paylaşımını oktyabrın 3-də edib. "Facebook" səhifəsini isə 9 400 nəfər izləyir. Burada son paylaşım bu gün edilib.

Xəzər Rayon İcra Hakimiyyətinin "Instagram" hesabının 2 142, "Facebook" səhifəsinin isə 5 900 izləyicisi var. Hər iki platformada son paylaşım dünən edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin "Instagram" hesabını 1 249, "Facebook" səhifəsini isə 4 300 nəfər izləyir. Qurum hər iki sosial şəbəkədə son paylaşımını bu gün edib.

Nərimanov Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında aktivlik fərqlidir. Qurumun "Facebook" səhifəsini 2 300 nəfər izləyir və son paylaşım 5 gün əvvəl edilib. "Instagram" hesabında isə cəmi 55 izləyici var. Bu hesabda son paylaşım 2022-ci il martın 22-də edilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin "Instagram" hesabının 1 442, "Facebook" səhifəsinin isə 5 800 izləyicisi var. Son paylaşımlar Instagram-da bir həftə, "Facebook"da isə 6 gün əvvəl edilib.

Nizami Rayon İcra Hakimiyyətinin "Instagram" hesabını 2 338 nəfər izləyir. Qurum son paylaşımını dünən edib. Araşdırma zamanı qurumun "Facebook" səhifəsi aşkarlanmayıb.

Pirallahı Rayon İcra Hakimiyyətinin "Facebook" səhifəsində 2 200, "Instagram" hesabında isə 481 izləyici var. Son paylaşım "Facebook"da bu gün, "Instagram"da isə 5 gün əvvəl edilib.

Sabunçu Rayon İcra Hakimiyyətinin "Instagram" hesabını 3 329, "Facebook" səhifəsini isə 8 300 nəfər izləyir. Qurum hər iki platformada sonuncu paylaşımını dünən edib.

Səbail Rayon İcra Hakimiyyətinin "Facebook" səhifəsində 3 200, "Instagram" hesabında isə 2 136 izləyici var. Qurum hər iki sosial şəbəkədə son paylaşımını bu gün edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin "Facebook" səhifəsini 13 min, "Instagram" hesabını isə 4 524 nəfər izləyir. Qurum hər iki platformada bu gün paylaşım edib.

Yasamal Rayon İcra Hakimiyyətinin "Facebook" səhifəsinin 7 400, "Instagram" hesabının isə 2 995 izləyicisi var. Son paylaşımlar hər iki platformada bu gün edilib.

Qeyd edək ki, izləyici sayları və son paylaşım tarixləri 5 noyabr 2026-cı il tarixinə olan göstəricilər əsasında hazırlanıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
15:23 06.11.2026
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
15:20 06.11.2026
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
15:17 06.11.2026
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
15:16 06.11.2026
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
15:04 06.11.2026
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
15:03 06.11.2026
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
14:47 06.11.2026
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
14:39 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR
14:36 06.11.2026
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR
Sürücülərə yeni cərimə tətbiqi: Vətəndaşlar nə düşünür? – VİDEOSORĞU
14:20 06.11.2026
Sürücülərə yeni cərimə tətbiqi: Vətəndaşlar nə düşünür? – VİDEOSORĞU
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü
14:18 06.11.2026
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA
14:12 06.11.2026
Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
14:08 06.11.2026
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?
14:06 06.11.2026
Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?
Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra
13:55 06.11.2026
Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
13:28 06.11.2026
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi