Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra

Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra
KRİMİNAL
13:55 06.11.2026
22
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. 

Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək çoxsaylı prosessual hərəkətlər icra olunub. 

Həyata keçirilən tədbirləri nəticəsində əldə olunan dəlillərin  təhlili nəticəsində qeyd olunan cinayətin həmin ali tədris müəssisəsindən 1997-ci ildə xaric olunmuş, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Cahangirov Vüqar Rəhim oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüqar Cahangirov bu il noyabrın 4-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulub. Noyabrın 6-da isə Cinayət Məcəlləsinin 120.2.3, (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən  prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq  tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra
13:55 06.11.2026
Neft Akademiyasında mühafizəçini öldürən şəxs həbs edildi - 24 il sonra
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
13:28 06.11.2026
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
13:27 06.11.2026
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
13:22 06.11.2026
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı
13:22 06.11.2026
Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı
“ACWA Power"in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik etdi
13:19 06.11.2026
“ACWA Power"in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik etdi
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
13:16 06.11.2026
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı
13:11 06.11.2026
Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı
Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib
13:10 06.11.2026
Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib
Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi
13:01 06.11.2026
Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi
Naqif Həmzəyev vətəndaş qəbulu keçirdi – FOTO
12:49 06.11.2026
Naqif Həmzəyev vətəndaş qəbulu keçirdi – FOTO
Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
12:45 06.11.2026
Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb
12:30 06.11.2026
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm izah
12:28 06.11.2026
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm izah
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
12:20 06.11.2026
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
“McDonald’s Azərbaycan” və DSMF “Zəfərin varisləri” layihəsinə başlayır – FOTOLAR
12:18 06.11.2026
“McDonald’s Azərbaycan” və DSMF “Zəfərin varisləri” layihəsinə başlayır – FOTOLAR