Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı
KRİMİNAL
13:22 06.11.2026
40
Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb.
 
AZXEBER.COM xəbər verir ki, o, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb.

Abşeron rayonunda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR