Deputat Naqif Həmzəyev vətəndaş qəbulu keçirdi – FOTO

Deputat Naqif Həmzəyev vətəndaş qəbulu keçirdi – FOTO
SOSİAL
12:49 06.11.2026
8
Mütəmadi olaraq seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

AZXEBER.COM xəbər verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini dinləyib. Görüşdə iştirak edən vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, torpaq, təhsil və s. məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.

Deputat seçicilərin müraciətlərinin diqqətdə saxlanılacağını və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkili Naqif Həmzəyevə təşəkkürlərini ifadə ediblər.

Fəridə Əsədzadə
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR