21:04 Cümə, 24 Yanvar 2020
TOP4

“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün

09:42, 10.12.20192493
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
"ANS Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb.

AZXEBER.COM xəbər verir ki, söhbət "İNS ÇM” MMC-dən gedir.

Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına "ANS ÇM” radiosunu xatırladır. Milli Televiziya və Radio Şurası bu günlərdə həmin radionun vaxtilə yayımlandığı 102FM tezliyini müsabiqəyə çıxarıb. 

Vergilər Nazirliyinin məlumatına görə, "İNS ÇM” noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır. 

Seyfulla Mustafayev bildirib ki, yeni şirkətin yaradılmasında məqsəd sözügedən müsabiqədə iştirak etmək və tezliyi əldə edərək yenidən radio fəaliyyətinə başlamaqdır.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ