BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

ATV #evdəqal həştəqini loqosu ilə eyniləşdirdi

ATV #evdəqal həştəqini loqosu ilə eyniləşdirdi
MEDİA
15:31 22.03.2020
4645
Efirdə ATV telekanalının loqosu ilə yanaşı #EVDƏQAL həştəqi yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, əhalini operativ surətdə son durum və operativ qərargahın zəruri tədbirləri haqıında məlumatlandırmaq məqsədilə hər saatın tamamında express xəbər buraxılışlarından sonra bu addım ATV-nin koronavirusa qarşı mübarizədə dövlət qurumlarının gürdüyü işlərə növbəti dəstək tədbiridir.

#EVDƏQAL nişanını loqosu ilə yanaşı yerləşdirməklə ATV telekanalı efiri  vasitəsilə ıhalinin diqqətini koronavirusun yayılması zəncirini qırılması vacibliyinə yönəltmək istədiyini bildirib.

Virusa yoluxma ehtimalını azaltmaq üçün insanlar yaxın təmaslardan çəkinməlidirlər. Məhz evdə qalmaqla, sosial izolyasiya tədbirləri ilə bağlı dövlət qurumlarının tövsiyələrə əməl etməklə koronavirusun kütləvi yayılmasının qarşısını almaq mümkündür.

"Azad Azərbaycan” Müstəqil Tele-Radio kompaniyası koronavirus təhlükəsi mövcud olan ilk gündən verilişlərinin böyük qismini əhalinin maarifləndirilməsinə və önləyici qorunma tədbirlərinin təbliğinə həsr edib.

OXŞAR XƏBƏRLƏR