Azərbaycan televiziyalarını belə görmək istəyirik

Azərbaycan televiziyalarını belə görmək istəyirik
MEDIA
19:41 17.06.2025
1084
Azərbaycanda televiziya verilişləri gündən-günə çoxalır. Dövrümüzdə bir-birindən fərqli proqramlar var. Nümunə olaraq sosial, analitik, realiti-şou, təhsil və s misal gətirmək olar. Onların hərəsinin özünəməxsus kütləsi mövcuddur. Mətbuat fikir formalaşdırır. Məsələ burasındadır ki, bəzən insanlar televiziyaya ötəri baxırlar. Lakin mətbuat çox önəmli təsirə malikdir. Onun gücü iki ölkə arasında savaşa belə gətirib çıxara bilər. 

Bəzi insanlar, oxuduqları xəbərin təsiri altında qalaraq müəyyən düşüncələr formalaşdırırlar. İlk təsir də məhz burada özünü göstərir. Əgər bu tip xəbərlərdən, verilişlərdən olanlar mənfi fikir formalaşdırırsa, onlar niyə yayımlanır?

 "Əkinçi” qəzeti çap olunanda, Azərbaycan mətbuatının banisi, dahi şəxsiyyət Həsən Bəy Zərdabinin "Rusiyədə əvvəlinci türk qəzetəsi” adlı məqaləsi çap olunmuşdu. Həmin məqalədə çox önəmli bir hissə var. 

Cümlədə deyilir: "Hər kəsi 
çağırıram gəlmiyor, göstərirəm görmüyor, deyirəm qanmıyor. Axırdə gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümi eşidənlərdən heç bir qanan olmasun. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan bir neçə yıldan sonra o su tökülməkdən o bərk daşı murur ilə əridib deşər. Habelə, söz də, ələlxüsus doğru söz murur ilə qanmazın başın deşib onun beyninə əsər edər” yəni ki, həmin dövrdə Zərdabi insanların "başlarına vurub ki”, mətbuata gəlin, qəzet oxuyun, savadlanın. 

Həmin dövrdən sonra Azərbaycanda yavaş-yavaş qəzetlərin, mətbəələrin sayı artmağa başladı. 

Artıq Azərbaycan da olan mətbuat da öz sözünü deməkdədir. Nümunə üçün qeyd edək ki, üç dildə yayımlanan efirlərimiz qərb mediasından heç də geri qalmır.

İndiki dövrdə də bəzi problemlər mövcuddur. Bəziləri mətbuatın işini qatıb-qarışdırıblar. Mətbuatın 3 əsas prinsipi var: Məlumatlandırmaq, maarifləndirmək digəri də əyləndirməkdir. Çağdaş mətbuatımızda da bəzi proqramlar var ki, onlarda bu prinsipə əməl edirlər. Lakin, etməyənlər mətbuatımızdan ağız dolusu danışmağa imkan vermir. 

Məsələ, indiki dövrdə yayımlanan "sosialyönümlü” verilişlərdən gedir. Təəssüflər olsun ki, dövrümüzdə bu tip proqramların sayı çoxdur. 

Professor Qulu Məhərrəmli verdiyi müsahibələrin birində deyir ki, "narazılığın əsas səbəbi, şəxsi ailə məsələlərinin ortada olması, efir üçün uyğun olmayan sözlərdən istifadə edilməsidir”. Aparıcıların çoxu isə bu hallara nəzarət etmirlər. Səbəblərdən biri də etik kodekslərdən məlumatsızlıqdır. 

Bəs etik kodekslər nədən ibarətdir? Niyə vacibdir?

 Etik kodeks əslində bir növ bizim günlük rutinimizə bənzəyir. Sadəcə bu da jurnalistikanın rutinləridir. Necə ki, biz yalan danışmamalıyıq, kimisə manipulyasiya ilə aldatmamalıyıq, bu jurnalistikada da belədir. Məsələn, jurnalistlər də xəbəri düzgün çatdırmağa çalışmalıdır. İzləyici, xəbəri çox oxusun deyə, yalançı xəbər başlıqlarından qaçmalıdır. Necə ki, bizə bir iş tapşırılanda vaxtında və düzgün etməyə çalışırıqsa, jurnalistdə öz xəbərini operativ və aydın şəkildə izləyiciyə çatmağına çalışmalıdır. 

Əslində etik prinsipləri bilmək, bizi çətinliyə salmır, tam əksinə bizdə yaranacaq suallara da cavab verir.

 Hazırda Azərbaycan efirlərində nümunəvi verlişlər də mövcuddur. 

Məsələn, "Breyn rinq”, "Əlaçı”, "Sabaha saxlamayaq” "Milyonçu” "Xəbər buraxılışları” ARB24 və REAL TV efirində gedən siyasi analitik verilişlər adamın zövqünü oxşayır. 

Bu tip verilişlərə baxdıqca həm maariflənirsən, həm gündəmdən xəbərin olur, həm də maraqlı söhbətlərin qulaq şahidi olursan. Sözün də su kimi lətafəti var, çox içiləndə dərd verir o da. Dahi şair Nizaminin bu beytindən istifadə edib nəticəyə keçək.

 Qısası, bildirmək istəyirəm ki, gəlin mətbuatımızdan düzgün istifadə edək. Biz çox çətinliklə mətbuat sahibi ola bilmişik. Bəzi ölkələr 1400, 1500-cü illərdə qəzet sahibi olanda Azərbaycanda bu 1875 ci ildə baş verdi. Hardasa, digərlərindən 300, 400 il sonra. Bu çox böyük rəqəmdir. Müqayisə üçün deyək ki, müstəqil Azərbaycanın indiki yaşı 34-dür. 

Bu çətinliklə mətbuat sahibi olduğumuzu yada salaraq, bundan sonrakı dövrlərdə də mətbuatımızdan faydalanaq. Və onu düzgün yönləndirək. Ələxsus televiziyaları. Çünki, indiki dövrdə televizora baxan əksər kütlə ondan təsirlənir. Hətta bu təsirlər daha böyük xətalara yol aça bilər.

Elşən Soltanzadə,
BDU Jurnalistika fakültəsinin təıəbəsi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
16:53 24.08.2026
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
16:46 24.08.2026
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
16:43 24.08.2026
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
16:40 24.08.2026
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
44 milyard dollarlıq sərvət sahibi öldü
16:30 24.08.2026
44 milyard dollarlıq sərvət sahibi öldü
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
16:25 24.08.2026
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
16:23 24.08.2026
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
16:17 24.08.2026
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
Ermənistanda daha bir hərbçi intihar edib
16:09 24.08.2026
Ermənistanda daha bir hərbçi intihar edib
İrandan Hörmüz boğazı ilə bağlı sərt qərar
16:04 24.08.2026
İrandan Hörmüz boğazı ilə bağlı sərt qərar