AVP qərar verdi: parlament seçkilərinə qatılır

AVP qərar verdi: parlament seçkilərinə qatılır
SOSİAL
22:31 07.12.2019
4347
Dekabrın 7-də Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib.

AZXEBER.COM xəbər verir ki, toplantıda parlamentə seçkilər, təşkilati məsələlər müzakirə olunub. Ali Məclisin sədri Rəşadət Yaqublu gündəlikdə duran məsələləri məclis üzvlərinin diqqətinə çatdırıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.

Daha sonra partiyanın Ali Məclisinə və Mərkəzi Şuraya yeni üzvlüklərlə bağlı qərar qəbul edilib.

Müzakirələrdə iştirak edən partiya funksionerləri seçkilərin dövlətçilik baxımından ciddi hadisə olduğunu önə çəkib və prosesdə yaxından iştirak edəcəklərini söyləyiblər.

Gündəlikdə olan məsələlər ətrafında AVP Aparat rəhbəri Elçin Ağamalı, sədir müavinləri Arzuman Abubəkirov, Fikrət Yusifov və Yalçın Hacızadə çıxış edib.

AVP sədrinin müşaviri Jalə Mütəllimova Ali Məclisinin bəyanatını məclis üzvlərinə təqdim edib.

Bəyanatda bildirilir ki, 2018-ci ildə xalqın yüksək siyasi fəallığı ilə keçirilən seçkilərdə səslərin mütləq əksəriyyəti qazanan Prezident İlham Əliyev dərhal dövlətin və cəmiyyətin bütün tərəflərini əhatə edən və geniş xarekter daşıyan islahatlara start verib. "İlk növbədə formalaşdırdığı hökümətə təşəbbüskar, novator, müasir dünyagörüşlü, təmiz imici olan və idarəçilikdə kifayət qədər təcrübə toplamış gəncləri cəlb etdi. Struktur dəyişikliklərilə müşayət olunan yeni kadr islahatları davam etməkdə və fundamental mahiyyət daşımaqdadır.

Dövlətimizin güclənməsində, maliyyə imkanlarımızın artmasında mühüm amil olan iqtisadiyyatımızı müasir tələblər səviyyəsində qurmaq, vergi və gömrük sistemində şəffaflığı təmin etmək, kölgə iqtisadiyyatına son qoymaq, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmaq yolunda mühüm addımlar atıldı. İnqilabi xarakter daşıyan sosial islahatlar cəmiyyətimizin bütün sahələrini əhatə etdi.

Eyni zamanda, məhkəmə-hüquq sistemini təkmilləşdirmək məqsədilə "Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” Fərman imzalandı və beləliklə, cənab prezidentimiz Azərbaycanı yeni inkişaf səviyyəsinə qaldırmaq niyyətini və iradəsini ortaya qoydu.

Ölkə prezidentinin həyata keçirdiyi islahatlar xalqımız və nüfuzlu Beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməkdə və müdafiə olunmaqdadır.

2015-ci ildə formalaşan Milli Məclis fəaliyyətinin dörd ilində qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirmiş, çoxsaylı qanunları qəbul etmiş, Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığında əhəmiyyətli addımlar atmışdır. Bununla bərabər, etiraf etməliyik ki, ölkə prezidenti, möhtərəm, cənab prezidentin son iki ilə yaxın zaman kəsiyində həyata keçirdiyi və hakimiyyətin iki qolunu əhatə edən islahatlar, Milli Məclisdən də yan ötə bilməzdi. Ona görə də geniş miqyas alan islahatların yüksək səviyyəli, peşəkar, dövlətçiliyimizə sədaqətli, prinsipial və fəal parlament bazasına söykənərək aparılması zamanın tələbidir.
Artıq ölkə prezidenti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər haqqında sərəncam imzalayıb. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etməklə bağlı müsbət rəylərini bildirməkdədilər.

Təəssüflə qeyd etməliyik ki, özünü "aparıcı” siyasətçi hesab edən bəzi dairələr gücsüzlüklərini və seçkilərdə məğlub olacaqlarını sığortalamaq üçün əsası olmayan, absurd fikirlərlə gündəlikdə qalmağa çalışırlar. Əminik ki, hər zaman olduğu kimi, xalqımız bir daha onların avantürüst çağrışlarını və özlərini baykot edəcək, erkən parlament seçkilərində yüksək siyasi fəallıq nümayiş etdirəcəkdir.

Ana Vətən Partiyasının Ali Məclisi növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında möhtərəm, cənab prezidentin 5 dekabr 2019-cu il tarixli sərəncamını birmənalı olaraq dəstəkləyir və seçkilərdə partiyanın fəal iştirakını zəruri hesab edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
01:36 10.10.2025
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
00:45 10.10.2025
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü