ADNSU dünyanın nüfuzlu THE reytinqində 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib

ADNSU dünyanın nüfuzlu THE reytinqində 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib
SOSİAL
17:38 09.10.2025
715

Azərbaycan Dövlət Neft  Sənaye Universiteti (ADNSU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan Times Higher Education (THE) reytinqinin göstəricilərində son bir ildə 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib.

Belə ki, agentliyin 2025-2026-cı il reytinq sıralamasında ADNSU ötən illə müqayisədə bir sıra istiqamətlərdə yüksək nəticələr göstərib. Universitet tədqiqat keyfiyyəti göstəricisi üzrə 47 faiz irəliləyərək 10.7-dən 15.7-yə yüksəlib. Eyni zamanda, beynəlxalq perspektiv istiqaməti üzrə 33 faiz (33.5-dən 44.7-yə), sənaye istiqaməti üzrə 22 faiz (16.2-dən 19.7-yə), tədris göstəricisi üzrə 18 faiz (21.1-dən 25-ə) və tədqiqat mühiti göstəricisi üzrə 7 faiz (7.6-dan 8.1-ə) artım qeydə alınıb.

Qeyd edək ki, ADNSU bu ilin yanvarında agentliyin açıqladığı reytinq siyahısına əsasən "Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqinə” daxil olub. Bundan əlavə, 2024-cü ildə ADNSU "Times Higher Education World University Rankings 2025” siyahısına da daxil edilib. Universitet həmin reytinqdə 1501+ yerində qərarlaşıb.

Həmçinin, ADNSU ötən il THE agentliyinin ali təhsil üzrə digər kateqoriyası olan "Interdisciplinary Science Rankings 2025” (İnterdisiplinar Elm Reytinqi 2025) siyahısında da ilk dəfə yer alıb. THE və Schmidt Science Fellows təşkilatının birgə hazırladığı, dünyanın 749 ən yaxşı ali təhsil müəssisəsini əhatə edən bu reytinqdə ADNSU 201–250 diapazonunda qərarlaşıb.

2024-cü ilin əvvəlində isə "Times Higher Education” tərəfindən açıqlanan "THE Impact 2024” reytinqi üzrə nəticələrdə ADNSU beş kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri sırasında yer almışdı.

Qeyd olunan uğurların davamı olaraq ADNSU-nun bu il beynəlxalq səviyyədə əldə etdiyi nəticələr yüksək qiymətləndirilir.

Times Higher Education ali təhsil müəssisələri haqqında məlumat, təhlil və ekspert rəyləri təqdim edən, həmçinin universitetlərin dünya reytinq siyahısını müəyyən edən aparıcı beynəlxalq reytinq agentliyidir. Universitetin belə nüfuzlu agentliyin reytinqindəki uğuru, onun müxtəlif elm sahələrini birləşdirən interdisiplinar tədqiqatlar istiqamətindəki nailiyyətlərinin göstəricisidir.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi