Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
SOSİAL
20:53 27.10.2026
131
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp” və "WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə MKA məlumat yayıb.

İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir:

· Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki "Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.

· İkimərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.

· Kodları heç kimlə paylaşmayın. SMS təsdiq, cihaz bağlama və təhlükəsizlik PIN-kodunu başqalarına verməyin, həmçinin özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.

· QR-kodlara və saxta bildirişlərə qarşı diqqətli olun. "Hesabınız bağlanacaq”, "biznes hesabınızı təsdiqləyin” və ya "dəstək xidməti” adı ilə gələn saxta keçidlərə etibar etməyin, QR-kodları yalnız rəsmi platformalar üzərindən skan edin.

· Tətbiqi və telefonu yenilənməmiş saxlamayın. "WhatsApp” və "WhatsApp Business”i yalnız rəsmi tətbiq mağazalarından quraşdırın, bildirişləri açıq saxlayaraq yeni cihaz bağlantılarına nəzarət edin.

· Biznes hesabına çıxışı ciddi nəzarətdə saxlayın. Yalnız səlahiyyətli əməkdaşların cihazlarını bağlı saxlayın və işdən ayrılan şəxslərin çıxış hüquqlarını dərhal ləğv edin.

· Şübhəli halda dərhal tədbir görün. Müdaxilə şübhəsi varsa naməlum cihazlardan çıxış edin, girişi itirmisinizsə, nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirin və əlaqələrinizi adınızdan gələ biləcək saxta tələblərə qarşı xəbərdar edin.

Unutmayın ki, təkcə ikimərhələli təsdiqləməni aktivləşdirmək mövcud icazəsiz girişi avtomatik aradan qaldırmır, buna görə də bağlı cihazların ayrıca yoxlanılması mütləqdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
20:17 27.10.2026
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib