Qadın evində qətlə yetirilib, qohumu tutulub - VİDEO

Qadın evində qətlə yetirilib, qohumu tutulub - VİDEO
SOSİAL
23:43 27.10.2026
123
Oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Ağamalıyeva Xəyalə Muradağa qızının evində meyiti aşkar olunub.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, qadının qızı gecə anasına zəng edib. Telefona cavab verməyən qadının evdə öldürüldüyü məlum olub.

İddiaya görə, kənd sakini, 45 yaşlı Naqil Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Ağamalıyevanı yaşadığı evdə boğaraq öldürüb.

Hadisənin qohumlar arasında borc pula görə baş verdiyi bildirilir. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qətli törədən şəxsin qadının əmisi nəvəsi olduğu bildirilir.
 

OXŞAR XƏBƏRLƏR