01:04 şənbə, 21 Sentyabr 2019
DÜNYA

Avropanın mərkəzində gəmi çevrildi, 7 nəfər öldü

20:33, 30.05.20196222
Avropanın mərkəzində gəmi çevrildi, 7 nəfər öldü

Macarıstanın Budapeşt şəhərinin mərkəzindən keçən Dunay çayında Cənubi Koreyadan olan turistləri daşıyan gəzinti kateri batıb.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hadisə zamanı 7 turist ölüb, 21 nəfərin taleyindən xəbər yoxdur.

Güclü axıntı axtarışları çətinləşdirsə də, hazırda çay boyu axtraışlar davam edir. Batmış kater hadisə yerindən 100 metr aralıda tapılıb. Son məlumatlara sudan 14 nəfər çıxarılıb.

Qeyd edilir ki, ölənlərin əynində xilasedici jiletlər olmayıb. Sağ halda tapılmış 7 nəfər xəstəxanalara yerləşdirilib.

"Suyun səviyyəsi yüksək olub. Ancaq digər kruiz xətləri kimi biizm müştərilərimizi daşıyan gəmi də normal işləyib. Mən çox təəəsüf edir və ölənlərin ailələrinə başsağlığı veririəm. Xəsarət alanlara tezliklə sağalmağı arzu edirəm. Hamıdan üzr istəyirəm" - deyə Cənubi Koreyanın turizm agentliyinin icraçı direktoru Li Sanq Mu bildirib.

Çay gəzintisi zamanı 27 metrlik "Rusalka" gəmisi digər gəmi ilə toqquşaraq çevrilib. Hadisə zamanı gəmidə Cənubi Koreyadan 35 nəfər turist və iki heyət üzvü olub
XƏBƏR LENTİ