Azərbaycan dünya çempionatında 3 atletlə təmsil olunacaq

Azərbaycan dünya çempionatında 3 atletlə təmsil olunacaq
İDMAN
16:43 10.09.2019
3753

Sentyabrın 18-dən 27-dək Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək.  

AZXEBER.COM xəbər verir ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı idmançılar körpücük üzərinə çıxacaqlar:

Qadınlar: Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq);

 

Kişilər: Nailxan Nəbiyev (96 kq).

OXŞAR XƏBƏRLƏR