xari

“Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb” - Müdafiə Nazirliyi

SİYASƏT
18:01 13.01.2021
702
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-inin yaydığı məlumatları qətiyyətlə təkzib edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

"Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib, - deyə V. Dərgahlı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR