BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Azərbaycanda 17 yaşlı qızın qasığını sındırdılar - Küçədə vəhşilik

Azərbaycanda 17 yaşlı qızın qasığını sındırdılar - Küçədə vəhşilik
SOSİAL
11:25 08.10.2019
3766
Beyləqanda gənc qız yol kənarında huşsuz vəziyyətdə aşkarlanıb.

AZXEBER.COM Trend-ə istinadla xəbər verir ki, səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.

Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.

Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR