18:16 Cümə, 19 Iyul 2019
KRİMİNAL

Azərbaycanda 8 qızı fahişəliyə cəlb edən qadından YENİ XƏBƏR

12:29, 24.06.20194618
Azərbaycanda 8 qızı fahişəliyə cəlb edən qadından YENİ XƏBƏR
Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan Almaz Allahverdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 28-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Almaz Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Almaz Allahverdiyeva müxtəlif gənc qızları fahişəliyə cəlb edib və onları kişi müştərilərlə görüşünü təşkil edib. Bunun müqabilində gəlir əldə edib.

Cinayət işi üzrə 8 qadın zərərçəkən şəxs qismində tanınıb. 
XƏBƏR LENTİ