20:01 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Azərbaycanda avtobuslara yeni cihazlar quraşdırılacaq

19:14, 17.01.20131062
Azərbaycanda avtobuslara yeni cihazlar quraşdırılacaq
Azərbaycanda avtobuslarda yeni topoqraf cihazları quraşdırılacaq. Bu cihaz bütün sərnişindaşıma vasitələrinə yerləşdiriləcək. Topoqrafın işləmə mexanizmi ondan ibarətdir ki, maşın işə düşən kimi bu cihaz qeydə almağa başlayır. Topoqlafla avtobusun nə vaxt, hansı sürücü tərəfindən işə salındığı, sürücünün nəqliyyat vasitəsini neçə saat idarə etdiyi, saatda neçə km sürətlə hərəkət etdiyi, harada nə qədər dayandığı, bir sözlə hər şey qeydə alınır.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, hər gün dünyada 3 mindən artıq insan yol qəzalarında ölür. İldə bu rəqəm 1,5 milyona bərabərdir. 50 milyon insan isə yol qəzalarında xəsarət alır. Qəzaların əksəriyyəti inkişaf edən ölkələrdə baş verir. Təşkilatın hesablamalarına əsasən, bəşəriyyət inkişaf getdikcə qəzaların sayı da artacaq. 2030-cü ildə dünyada qəzalarda ölənlərin sayı 2 milyonu aşacaq.Rəsmi statistikaya əsasən, Azərbaycan yol-nəqliyyat hadisələrində ölənlərin sayına görə Avropa və dünyada öncül sıralarda gedir. Təkcə 2011-ci ildə baş verən 2970 yol qəzası zamanı 1052 nəfər ölüb, 3232 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.Yerli ekspertlər də magistrallarda törədilən qəzalara daha çox yüksək sürət, manevr qaydalarının pozulması, içkili halda avtomobili idarəetmənin səbəb olduğunu deyir. Amma bu yeni quraşdırılacaq topoqraf çox ümidverici görünür. Sürücülərin avtobusları bu dərəcədə yüksək sürətlə sürmələrinin qarşısını ala bilər. Təbii ki, burada o cihazlara Nəqliyyat Nazirliyi tərəfindən nəzarət olunmalıdır. Hər gün o cihaz aparatla yoxlanılmalıdır. Amma Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov xəstə olduğunu üçün ANS PRESS-in suallarını heç cür cavablandıra bilmədi.Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov isə ANS PRESS-lə söhbətində bu topoqrafların avtobuslarda tətbiq olunmasını yüksək qiymətləndirdi. Onun sözlərinə görə, avtobusların sərnişinlər üçün törətdiyi təhlükə bütün nəqliyyat vasitələrini üstələyir.Ekspertin fikrincə, bunun səbəbi nəqliyyat sahəsinə nəzarətin olmamasıdır: “Buna nə sahibkarlar, nə Nəqliyyat Nazirliyi, nə digər aidiyyatı orqanlar nəzarət edə bilirlər”.Digər tərəfdən Məzahir Rüstəmov bu sahədə başqa bir problem- sürücülərdən tələb olunan plan məsələsinin olduğunu dedi. Ekspert hesab edir ki, artıq plan ləvğ edilməli, bütün avtobuslarda topoqraf cihazı quraşdırılmalı, sürücü ilə əmək müqaviləsi bağlanmalıdır: “Sürücülərə optimal variantda maaş verilməlidir. Bu təhlükəsizlik nöqteyi nəzərdən bütün riskli halları aradan qaldıracaq”.Eyni zamanda nəqliyyatda topoqraf cihazları qurularsa, insan həyatı üçün əsl təhlükə yaradan “plan”ların da ləvğ olunmasına yardım edə bilər. Məzahir Rüstəmovun sözlərinə görə, məsələnin həlli kimlərinsə maddi marağına da toxunur.“Çünki burada bank hesablaşması aparılacaq. Sahibkar da nağd pul ala bilməyəcək. Burada çox amillər var. Ən pisi isə odur ki, ən sonda çətin vəziyyətdə sərnişin qalır”,- deyə nəqliyyat eksperti Məzahir Rüstəmov bildirdi.
XƏBƏR LENTİ