22:54 çərşənbə Axşamı, 28 Yanvar 2020
SOSİAL

Azərbaycanda dəhşət: Pula görə sevgilisinin üstünə benzin töküb yandırdı

14:17, 12.12.20193025
Azərbaycanda dəhşət: Pula görə sevgilisinin üstünə benzin töküb yandırdı
Azərbaycanda kişi pula görə sevgilisini yandırıb.

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, Əflatun Ələkbərov adlı şəxs qeyri-rəsmi nikahda yaşadığı Tovuz rayonunun Əlibəyli kəndi yaşayan Nişanə Bayramovanın üstünə benzin tökərək yandırıb.

Hadisə 15 noyabr 2018-ci ildə baş verib. Sevgililər arasında münaqişə pul üstündə düşüb. Belə ki, Əflatun Nişanənin qazandığı pul ilə özünə avtomobil alıb. Qadın pulu geri istədikdə dava düşüb və nəticədə bu cinayət baş verib.

Qadının üzü, əlləri, sinəsi, çiyinləri, bir sözlə açıqda olan bədən hissələri ağır dərəcəli bədən xəsarətləri alıb. N.Bayramova yanıq xəsarətlərinin plastik əməliyyat yolu ilə aradan götürülməsi üçün "Səni axtarıram" proqramına çıxıb. Xoşqədəm Hidayətqızı ona kömək edəcəyinə söz verib.

Nişanənin üzünü və bədənini yandıran Əflatun bu cinayəti törətdiyinə görə 11 il 3 ay azadlıqdan məhrum edilib.
 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ