xari

Azərbaycanda ən çox hansı zonada koronavirusa yoluxma olub?

SOSİAL
23:40 03.12.2020
3442

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Bununla bağlı məlumat "koronavirus.info” saytında nəşr olunub.

Bildirilib ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.5 faiz. 

Yoluxma digər bölgələr üzrə Aran zonasında 13.1 faiz, Abşeronda 12.5 faiz, Gəncə-Qazaxda 7.9 faiz, Quba-Xaçmazda 3.4 faiz, Lənkəranda 3.3 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.3 faizdir.

Naxçıvanda yoluxma 0.03 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

OXŞAR XƏBƏRLƏR