BAKU AZƏRBAYCAN
12°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Azərbaycanda kart vasitəsilə narkotik satan şəxslər saxlanıldı

Azərbaycanda kart vasitəsilə narkotik satan şəxslər saxlanıldı
KRİMİNAL
13:56 19.02.2020
10629
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini İbrahim Əliyev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 13 qram narkotik vasitə heroin, 5 qram isə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. 

İ.Əliyev ifadəsində pulu ödəniş terminalı vasitəsilə Biləsuvar rayon sakini İmamverdi Hüseynovun bank kartına yüklədikdən sonra narkotik vasitəni onun mobil telefonuna "google map” proqramı vasitəsi ilə göndərilən ünvandan götürdüyünü bildirib. Keçirilən əməliyyat nəticəsində İmamverdi Hüseynov da yaşadığı Biləsuvar rayonunda tutularaq istintaqa təqdim edilib. O, ifadəsində narkotik vasitələrin ölkə ərazisində satışını şəxsiyyəti istintaqa məlum olmayan Şirzad adlı İran vətəndaşının təşkil etdiyini və bu yolla əldə edilən pulların isə onun plastik kartlarında toplandığını bildirib.

İ.Hüseynovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı təmiz çəkisi 525 qram olan heroin, 130,5 qram tiryək, yaşadığı evdən isə narkotik vasitələrin satışında istifadə etdiyi müxtəlif şəxslərə məxsus plastik kartlar, narkotik vasitələrin dövriyyəsinin hesabatının aparıldığı qeydiyyat kitabçaları aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:30 10.04.2020

Bakıda kişi etil spirtindən zəhərlənərək öldü

10:19 10.04.2020

Contact Təcili pul köçürmə sistemi indi DostBank-da!

10:07 10.04.2020

Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ

09:56 10.04.2020

Bakıda koronavirusla bağlı xəstəxana qurulur - Video

09:47 10.04.2020

Karantini pozduğuna görə cərimələnən sürücülərin sayı açıqlandı

09:40 10.04.2020

190 manalıq yardım üçün qeydiyyatı aktiv olan rayonların - Adları

23:48 09.04.2020

ABŞ-da koronavirusdan ölənlərin sayı 16 mini keçdi

23:11 09.04.2020

Fransada COVID-19 infeksiyasından ölənlərin sayı 12 mini keçib

22:39 09.04.2020

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı – 10 min işsizə vəsait ödəndi

22:18 09.04.2020

Türkiyədə bu gün 96 nəfər koronavirusun qurbanı oldu

21:47 09.04.2020

Azercell NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir

21:24 09.04.2020

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı

21:04 09.04.2020

İtaliyada bu gün koronavirusdan 610 nəfər öldü

20:50 09.04.2020

Koronavirusun profilaktikası üçün sadə üsul açıqlandı

19:58 09.04.2020

Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi

19:36 09.04.2020

Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək