BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

İlham Əliyev: “Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq”

İlham Əliyev: “Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq”
SAĞLAMLIQ
14:39 19.03.2020
2427
"Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun". 
 
AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. 

Dövlət başçısı deyib: "Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır". 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:37 01.04.2020

Ağdaşda karantin rejimini pozanlar həbs edildi - FOTO

17:44 01.04.2020

Koronavirusa yoluxan müavin və oğlu ilə bağlı - İcradan açıqlama

17:05 01.04.2020

BNA avtobuslarda karantin qaydalarına nəzarət edə bilmir - VİDEO

17:00 01.04.2020

İctimai iaşə sektoru mənfəət vergisindən azad edildi

16:52 01.04.2020

Səudiyyə Ərəbistanı müsəlmanları Ümrə və Həcc ziyarətlərini təxirə salmağa çağırıb

16:32 01.04.2020

Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi - müştəriləri cərimələndi

16:13 01.04.2020

Evdən çıxmaq qadağan edildiyi üçün, “whatsapp”da nişanlandılar - VİDEO

16:08 01.04.2020

Ağdaşda karantin rejimini pozan 2 şəxs həbs edildi

16:05 01.04.2020

Gəncənin icra başçısı karantin rejimini pozanlara xəbərdarlıq etdi

16:00 01.04.2020

Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu

15:38 01.04.2020

Azərbaycanda 26 nəfər koronavirusdan sağaldı

15:26 01.04.2020

Ermənilər Qazaxda kəndləri və döyüş məntəqələrimizi atəşə tutdu

15:06 01.04.2020

Gənclər təşkilatı iki regionda “Fərdi Sosial Xidmət Modeli “ həyata keçirir

14:55 01.04.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb

14:39 01.04.2020

Naqif Həmzəyev gəncləri ”5 kitab danış, 1 kitab qazan”mağa dəvət etdi

14:36 01.04.2020

Bakıda karantində olan qadın birgə yaşadığı kişini bıçaqladı