01:25 çərşənbə Axşamı, 15 Oktyabr 2019
SOSİAL

Azərbaycanda qandonduran hadisə: 8 yaşlı uşaq özünü asdı

21:13, 22.12.20189375
Azərbaycanda qandonduran hadisə: 8 yaşlı uşaq özünü asdı
Zaqatalada intihar hadisəsi baş verib.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. 8 yaşlı E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.

İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. Bu gün həm də onun bacısının doğum günüdür.

Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
XƏBƏR LENTİ